"Səhvlərimizə görə bizi cəzalandıra bilərlər": Gündoğan

ESTAFET/ “Liverpul” dünyanın ən yaxşı komandaları sırasındadır. Onlar inanılmaz formadadırlar. Qarşıdakı matç çətin olacaq. Rəqibi evdə məğlub etmək istəyirik. Bu, iki bərabər komandanın qarşılaşması olacaq". 

Bu sözləri "Mançester Siti"nin futbolçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasının 32-ci turunda "Liverpul"la oyun öncəsi "Mirror"a açıqlamasında deyib.

O bildirib ki, matçda səhvə yol verməməlidirlər: "Liverpul" əks hücumda çox təsirli komandadır. Biz isə topla oynamağı sevən komandayıq. Əgər onlara oyunu öz xeyirlərinə çevirməyə icazə versək, səhvlərimizə görə bizi cəzalandıra bilərlər. Ehtiyatlı olmalıyıq”.

Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" görüşü aprelin 10-u keçiriləcək. Hazırda "Siti" 73 xalla 1-ci, "Liverpul" 72 xalla 2-cidir.

Müəllif: Bəhruz MƏMMƏDOV