YIĞMAMIZIN KAPİTANI TÜRKİYƏDƏ OYNAYACAQ
ESTAFET/ Yığma komandamızın voleybolçusu Odina Bayramova karyerasını Türkiyədə davam etdirəcək. Millimizin 27 yaşlı kapitanı Sultanlar Liqasında mübarizə aparan “Seramiksan” klubu ilə müqavilə imzalayıb.
Son mövsümü İtaliyanın “Firenze” klubunda keçirən Bayramova Turqutlu təmsilçisi ilə bir illik razılıq əldə edib. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqaviləsinin müddəti artırıla bilər.
Qeyd edək ki, Odina A seriyasına yollananadək Azərbaycanın “Şirvan”, “Bakı” və “Azərreyl” klublarında oynayıb.
Mənbə: APASport