CÜDOÇULARIMIZ ÜÇÜN UĞURSUZ REYTİNQ

ESTAFET/ Beynəlxalq Cüdo Federasiyası (IJF) 22 may tarixində yeni reytinq siyahısını açıqlayıb. Bu siyahının son illər ərzində Azərbaycan cüdoçuları üçün ən uğursuzu olduğunu desək yanılmarıq. Belə ki, bir nəfər də olsun Azərbaycan cüdoçusu hansısa bir çəkidə lider mövqeyində qərarlaşmayıb. Halbuki, bunadək 3 çəkidə (60, 73 və 100) dunya reytinq siyahısına Azərbaycan cüdoçuları başçılıq edirdi. Buna isə səbəb cüdoçularımızın Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirakı üstün tutaraq, 19-21 may tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçirilən Böyük Dəbilqə turnirində iştirakdan imtina etməsidi.

 

Yeni açıqlanan  siyahıda cüdoçularımız qərarlaşdığı yerlər aşağıdakı kimidi:

60 kq: Orxan Səfərov - 2748 xal, 2-ci yer

66 kq: Nicat Şıxəlizadə - 1945 xal, 6-cı yer

73 kq: Rüstəm Orucov - 3220 xal, 2-ci yer

          Hidayət Heydrəov - 1990 xal, 5-ci yer

81 kq: rüfət İsmayılov: 1244 xal, 18-ci yer

90 kq: Məmmədəli Mehdiyev - 1413 xal, 15-ci yer

100 kq: Elmar Qasımov - 2936 xal, 2-ci yer

            Elxan Mşəmmədov - 2540 xal, 4-cü yer

+100 kq: Uşangi Kokauri - 1172 xal, 22-ci yer