KADETLƏR POLŞADAN 4 MEDALLA QAYIDIR

ESTAFET/ 20-21 may tarixlərində Polşanın Bielsko-Byala şəhərində kadetlər arasında cüdo üzrə Avropa Kuboku keçirilib. Azərbaycan cüdoçuları da yarışda öz güclərini sınayıblar.

 

Avropa kubokuna 17 cüdoçu (15 oğlan, 2 qız) ilə qatılan cüdoçularımız yekunda 4 medal - 1 gümüş, 3 bürünc - qazanmağa müvəffəq olublar. Medalların hamısı oğlanların yarışında əldə edilib. Qızlarda ən yaxşı nəticəni 48 kq çəki dərəcəsində Şəhanə Hacıyeva göstərib. Şəhanə 3-cü yer uğrunda görüşü məğlub olaraq Avropa Kubokunu 5-ci sırada bitirib.

 

Medallara gəlincə, komandamıza gümüş medalı ən ağır çəkidə (+90 kq) mübarizə aparan Məhəmməd Abdullayev qazandırıb. Bürünc medalları isə Əli Əsgərzadə (50 kq), Davud Abbaslı (60 kq) və Cəfər Əkbərli (90 kq) öz aktivlərinə yazdırıblar.