MOSKVA QRAN PRİSİNDƏN SONRAKI ÜMUMİ SIRALAMA

ESTAFET/ Beynəlxalq Şahmat Federasiyasının Şahmat Tacı uğrunda görüşə vəsiqə verən İddialılar Turnirinə qatılmaq üçün keçirdiyi Qran Pri seriyasında 2-ci mərhələ olan Moskva Qran prisi başa çatıb.

 

Bu Mərhələdə Azərbaycanı təmsil edən hər iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizəyə qoşulmuşdu. Şəhriyar Məmmədyarov 1-ci mərhələdəki uğurunun davamını Moskvada da gətirib. Belə ki, Şəhriyar 2-ci yeru tutmaqla hazırda ümumi cədvələ 280 xalla şəriksiz liderlik edir. Teymur Rəcəbov isə qoşulduğu ilk mərhələdə aktivinə 71,4 xal yazdırmağı bacarıb. Bundan sonra Şəhriyar 1, Teymur isə 2 mərhələdə İddialılar Turniri üçün mübarizə aparacaq. 

 

İki mərhələnin yekununda ümumi sıralama aşağıdakı kimi formalaşıb. 

 

 №  Ölkə Şahmatçı Reytinq Moskva GP Bal C1
 1   Məmmədyarov 2772  5,5   280   170 
 2   Dinq Liren 2774  6   240   140 
 3   Vaşyer-Laqrav 2795  5   211.4   110 
 4   Qrişuk 2750  5   211.4   90 
 5   Nakamura 2786  5   141.4   80 
 6   Xou Yifan 2652  5   78.4   70 
 7   Nepomnyaşnıy 2751  3,5   73   60 
 8   Adams 2747  3,5   73   50 
 9   Şvidler 2755  5   71.4 (1)   40 
 10   Rəcəbov 2710  5   71.4 (1)   30 
 11   Giri 2785  5   71.4 (1)   20 
 12   Valyexo 2710  4   32   10 
 13   Tomaşevskiy 2696  4,5   23   8 
 14   Gelfand 2724  4,5   20 (1)   6 
 15   Harikrişna 2750  4,5   20 (1)   4 
 16   Hammer 2621  4   10   3 
 17   Salem 2633  3,5   6   2 
 18   İnarkiyev 2727  2,5   1 (1)   1 







 19   RUS  Yakovenko 2769    70 (1)   
 20   HUN  Rapport 2758    25 (1)   
 21   CHN  Li Çao 2747    25 (1)  
 22   UKR  Elyanov 2729    25 (1)   
 23   ARM  Aronyan 2724    7 (1)   
 24   RUS  Ryazantsev 2710    1 (1)   

      

Xatırladaq ki, 4 mərhələdən ibarət olan Qran Pri seriyasında yekunda ən çox bal toplayan 2 şahmatçı Dünya Şahmat Tacı uğrunda oyuna vəsiqə verən İddialıların Turnirinə qatılma hüququ qazanacaq. Seriyada 24 şahmatçı mübarizə aparır və hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi.