Ten Haq həmyerlisini “Mançester Yunayted”ə istəyir

ESTAFET/ Mövsümün sonunda “Mançester Yunayted”in sükanı arxasına keçməsi gözlənilən “Ayaks”ın baş məşqçisi Erik ten Haq ilk transferini müəyyənləşdirib.

Niderlandlı mütəxəssis “Tottenhem”in vingeri Stiven Berqveynin xidmətində maraqlıdır.

O, həmyerlisinin komandanın hücum xəttini gücləndirəcəyinə inanır. 24 yaşlı oyunçu londonlularda son vaxtlar əsas heyətə müntəzəm düşə bilmədiyindən, satılması istisna edilmir. Onun transferi “qırmızı şeytanlar”a 20 milyon funt sterlinqə başa gələ bilər. Ancaq Berqveyn Almaniya və Fransa klublarının da diqqət mərkəzindədir.

Qeyd edək ki, Stiven bu mövsüm Premyer Liqada 20 oyunda iştirak edib, 3 qol, 1 assistlə yadda qalıb. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV