QİTƏ ÇEMPİONATININ HAZIRLIQLARINA STRAT VERİLDİ

ESTAFET/ Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq 14-26 iyun tarixlərində Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.

 

Azərbaycan Boks Federasiyasının məlumatına görə, gündə 2 dəfə Boks Mərkəzində keçiriləcək məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək.

 

Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.