“Napoli”dən 100 milyonluq tələb

ESTAFET/ “Napoli” futbolçusu Viktor Osimheni satmaqdan imtina edib. İtaliya klubu hücumçu ilə bağlı “Nyukasl”dan aldığı təkliflə razılaşmayıb.

A seriyası təmsilçisi transfer məbləğindən narazı qalıb. Klub rəhbərliyi Osimhenin satışından 100 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Viktor mövsümün 30 matçında 17 qol vurub.

Müəllif: Zaur HACIYEV