“Neftçi”nin yarımmüdafiəçisi “Sumqayıt”ın gündəmində
ESTAFET/ Bir müddət əvvəl Azərbaycan yığması üçün milliləşdirilməsi gündəmdə olan daha bir futbolçu Premyer Liqada komandasını dəyişə bilər.
“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli “Sumqayıt”ın maraq dairəsinə düşüb.
“Gənclik şəhəri” təmsilçisi “Qarabağ”ın orta sahə oyunçusu Riçard Almeyda ilə yanaşı, paraqvaylı pleymeykeri də heyətində cəlb etmək niyyətindədir. 31 yaşlı oyunçunun “Neftçi” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olsa da, Sezarın çıxışı klub rəhbərliyini qane etmir. Bu üzdən onun icarəyə verilməsi və ya birdəfəlik yola salınması istisna deyil.
“Sumqayıt”da bu transferə maneə yarada biləcək yeganə məqam yarımmüdafiəçinin maaşıdır. Sezar sabiq klubu “Şamaxı”, həmçinin “Səbail”in də diqqət mərkəzindədir.
Qeyd edək ki, Sezar Meza Kolli “Neftçi”yə ötən ilin yayında “Şamaxı”dan keçib. (apasport.az)