TOMAŞ AYAN DAHA 4 İL PREZİDENT OLACAQ

ESTAFET/ Tailandın paytaxtı Banqkok şəhərində Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) yeni prezident seçkiləri keçirilib. Əsas namizədlər macarıstanlı Tomaş Ayan və italiyalı Antonio Urso olub.


Seçkilərdə 86 səs toplayan Tomaş Ayan qalib gəlib. Onun rəqibi 61 səs toplayıb. 12 ildir IWF-in prezidenti postunda olan Ayan, daha 4 il bu vəzifəni yerinə yetirəcək.