“Qarabağ”ın hücumçusu klubdan ayrıldı

ESTAFET/ Kvabena Ovusu icarə əsasında formasını geyindiyi “Ankaragücü”dən ayrılıb. Bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, paytaxt təmsilçisi 11 futbolçusu ilə yollarını ayırıb. Onların arasında müqavilə ilə “Qarabağ”a məxsus olan Ovusu da var. 25 yaşlı qanalı forvard Azərbaycan çempionunun düşərgəsinə qayıdacaq. Ancaq komandada qalıb-qalmayacağı bəlli deyil.
Qeyd edək ki, Kvabena Ovusunun “Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədərdir.
