Eltac Səfərli İtaliyada daha bir turnirə qatıldı

ESTAFET/ Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Kattolika şəhərində keçirilən festivalda mübarizəyə qoşulub.
Yarışda artıq iki tur geridə qalıb. 30 yaşlı qrossmeyster 1 qələbə və 1 bərabərliklə 1,5 xala malikdi.
İsveçrə sistemi üzrə 9 turdan ibarət festivalda ümumilikdə 54 şahmatçı iştirak edir.
Qeyd edək ki, Səfərli mayda İtaliyanın Montebelluna şəhərində təşkil olunan yarışda üçüncü yeri tutub.
