U-15 Azərbaycan çempionatına yekun vurulub

ESTAFET/ Şağan Olimpiya Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə ilk U-15 Azərbaycan çempionatı başa çatıb.
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib. Medalçılarla tanış olun:
41 kq
1. Turan Daşdəmirov (UGİM-10)
2. Əli Nəzərov (Pəhləvan)
3. Elçin Şəmiyev (Şuşa), Mehdi Əsgərli (Göyçay)
48 kq
1. Səyyad Nağızadə (ROİL-Sabirabad)
2. Nicat Dadaşov (Neftçi)
3. Nihat Tağıyev (Göyçay), Elşad Abbasov (UGİM-2)
57 kq
1. Yusif Əhmədli (ROİL)
2. Ramal Əliyev (UGİM-2)
3. Murad Balabəyov (ROİL-Sabirabad), Ülvi Dadaşov (Masallı)
68 kq
1. Elnur Hüseynov (Sumqayıt)
2. Ayxan Əliyev (ROİL)
3. Fariz Qasımzadə (UGİM-5), Zaur Hüseynov (UGİM-10)
85 kq
1. Fərhad Süleymanlı (Qusar)
2. Şaban Gəncəyev (Balakən-Neftçi)
3. Əli Bayramov (Sumqayıt-Təhsil), Fəxri Bəkirli (Göyçay)
Qeyd edək ki, 4 gün davam edən çempionatda ilk 3 yeri tutan idmançılar sərbəst və yunan-Roma güləşi üzrə müvafiq milli komandalara cəlb olunub. Yığmalarımız iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək U-15 Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçəcək.
