İspaniya klubunda 10 illik müqavilə

ESTAFET/ İspaniyanın “Levante” klubu futbolçusu Xose Luis Qarsia Vaya ilə yeni müqavilə imzalayıb. Yarımmüdafiəçi ilə anlaşma 10 il müddətinə nəzərdə tutulub.

Valensiya təmsilçisinin öz yetirməsi olan 23 yaşlı oyunçu 2032-ci ilədək bu klubda çıxış edəcək. Belə uzunmüddətli müqavilələr futbolda nadir hadisə olsa da, İspaniyada ilk deyil. Bir neçə il əvvəl “Atletik” İnyaki Uilyamsla 9 illik anlaşmışdı.

Qeyd edək ki, “Levante” ötən mövsümün yekunlarına əsasən La Liqadan Sequndaya yuvarlanıb. (apasport)

Müəllif: Orxan NOVRUZOV