""Bu qələbəni şəhidlərimizə həsr edirik: Millinin böyük məşqçisi
ESTAFET/ Xəbər verdiyimiz kimi Rumıniyanın paytaxtı Buxarest şəhərində 17 yaşadək güləşçilərin qitə çempionatı keçirilir. Artıq mübarizəni başa vuran yunan-Roma güləşçilərimiz böyük üstünlüklə Avropa çempionu adını qazanıb. Bu gecə qitə çempionları vətənə qayıdıb. Komandanın böyük məşqçisi Taleh İsrafilov qələbəni belə şərh edib:
"İkinci dəfə Avropa çempionu olduq. Güləş ailəsi adından hamını təbrik edirəm. Bu qələbəni şəhidlərimizə həsr edirəm. 51, 65 və 71 kq-da da çempion ola bilərdik. Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq. Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionu olduq. İnşallah, bu uşaqlardan gələcəkdə olimpiya çempionları görə biləcəksiniz. Növbəti hədəfimiz dünya çempionatıdır. Rəhbərliklə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik".