Avrasiyanın ən güclüləri Bakıda yarışacaqlar

ESTAFET/ İyunun 24-26-da Bakı Su İdmanı Sarayının ərazisində stronqmen üzrə Avrasiya çempionatı keçiriləcək.

Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 170-dək idmançı mübarizə aparacaq.

İdmançılar strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə 55 dəst medal uğrunda güclərini sınayacaqlar.​

Turnirin təntənəli açılış mərasimi iyunun 25-də saat 16:00-da keçiriləcək.​

Çempionatda ölkəmizi 100-dək idmançı təmsil edəcək.​

Müəllif: Bəhruz MƏMMƏDOV