TAEKVONDOÇULARIN AVSTRİYA UĞURU
ESTAFET/ Avstriyanın İnssbruk şəhərində taekvondo üzrə açıq birincilik gənc və yeniyetmə idmançılar üçün başa çatdı. 3 iyun tarixində başlanan G1 kateqoriyalı “Austrian Open” beynəlxalq turnirdə yığma komandalarımız da iştirak edib. Turnirdə uğrlu çıxış edən gənc və yeniyetmə milli komandamız on yeddi medal qazanıb. Bu medalların on biri gənc millimizin, altısı isə yeniyetmə idmançılarımızın payına düşür.
Belə ki, gənclərdən ibarət milli komandamızın baş məşqçisi, əməkdar məşqşi Məmməd Abdulayev və Zahid Məmmədovun yetirmələrindən Məhəmməd Əlizadə (-48 kq) rəqiblərinə şans verməyərək turnirin qalibi olub. Bəhruz Quluzadə (-45 kq) və Mehriban Məmmədova isə (-44 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Xanoğlan Kərimov (-48 kq), Mehdi Tağıyev (-78 kq), Minayə Əkbərova (-42 kq), Mirvari Qənbərli (-44 kq), Nərgiz Mirzəyeva (-46 kq), Zalikə Babayeva (-49 kq), Nərmin Süleymanova (-52 kq), və Diana Hacəliyeva (-55 kq) yarımfinal mərhələsində məğlub olaraq bürünc medala layiq görülüb.
Açıq birinciliyə qatılan yeniyetmə millimizin baş məşqçisi Səbuhi Zülfüqarov və Sənan Həşimovun şans verdiyi idmançılardan Yaşar Məmmədli (-45 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Riyad Şirəliyev (-41 kq) və İlahə Quluzadə (-59 kq) finala kimi inamla irəliləsə də həlledici döyüşdə rəqib keçilməz olub.
Digər taekvondoçulardan Nihad Əlizadə (-33 kq), İsmayıl İsmayılov (-41 kq) və Ofeliya Allahverdiyeva (-41 kq) gümüş medalla kifayətlənib.