AZƏRBAYCAN KUBOKU YARIŞLARI YEKUNLAŞIB
ESTAFET/ Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, cüt ötüşmələr üzrə Azərbaycan Kuboku uğrunda yarış keçirilib. Turnirdə müxtəlif yaş qrupları üzrə 21 cütlük mübarizə aparıb.
2001-2002-ci il təvəllüdlü oğlan velosipedçilərin 24 km məsafəyə mübarizəsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçiləri Osman Qəhrəmanlı/Şahin Eyvazov duetinin qələbəsilə başa çatıb.
2001-2002 (24 km)
1. Osman Qəhrəmanlı/Şahin Eyvazov (OEQİUVM) - 00:39:24
2. Qadir Mustafayev/Nəcəf Bağırov (OEQİUVM) - 00:40:40
3. Bəylər Ağayev/Ramazan Əliyev (OEQİUVM) - 00:40:53
1999-2000-ci il təvəllüdlü oğlanlar da 24 km məsafəyə yarışıblar və bu kateqoriyada "Lokomotiv" klubunun nümayəndələri Mahmud Məmmədovla Vüqar Nəsibov ən yaxşı nəticə göstəriblər.
1999-2000 (24 km)
1. Mahmud Məmmədov/Vüqar Nəsibov (Lokomotiv) - 00:37:55
2. Mikayıl Səfərli/Xankişi İsgəndərov (8OEQİUVM) - 00:38:02
3. İvan Orlov/Əli Qurbanov (OEQİUVM) - 00:38:21
2003-2004-cü il təvəllüdlü yeniyetmə oğlanlar güclərini 16 km məsafəyə yarışda sınayıblar. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbininin üzvləri Nikita Sitovla Natiq Meydərov bütün rəqiblərini qabaqlamaqla ən yüksək nəticə göstəriblər.
2003-2004 (16 km)
1. Nikita Sitov/Natiq Meydərov (OEQİUVM) - 00:26:55
2. Nofər Nuriyev/Əli Əsgərov (Lokomotiv) - 00:27:23
3. Elmir Əliyev/Rəşad Ağayev (OEQİUVM) - 00:30:00
Və nəhayət, 16 km məsafəyə ən güclüləri müəyyənləşdirən qızlar arasında 1-ci yerə 8 saylı Olimpiya İdman Məktəbinin yetirmələri Ayan Xankişiyeva və Elfanə Camalovadan ibarət duet çıxıb.
Qızlar (16 km)
1. Ayan Xankişiyeva/Elfanə Camalova (8OEQİUVM) - 00:28:12
2. Validə Cabbarova/Viktoriya Sidorenko (8OEQİUVM) - 00:28:25
3. Məleykə İsgəndərova (OEQİUVM)/Lalə Əbdürəhmanova (8OEQİUVM) - 00:32:11