"Qarabağ" "Sürix"i keçsə - Potensial rəqiblər müəyyənləşdi

Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

Beləliklə, "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Köhlən atlar" İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun yetirmələri nisbətən zəif çempionlardan biri ilə qarşılaşacaq.

Yalnız iki komanda III raunddan mübarizəyə qoşulacaq. Onlardan “Srvena Zvezda” (Sebiya) güclülərin, “Apollon” (Kipr) isə zəiflərin səbətində qərarlaşacaq. Yəni Kipr klubu “Qarabağ”a potensial rəqiblərdən biridir. Digər mümkün rəqiblər isə II təsnifat mərhələsinin cütlərinin qaliblərindən formalaşacaq. Bunlar “Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya), “Maribor” (“Sloveniya”) – “Şerif” (Moldova), “Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) və “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütlərinin qalibləri olacaq. Azərbaycan çempionunun "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya)

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi

HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

"Jalgiris" (Litva) - "Malmö" (İsveç)

Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)

"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)

"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)

"Apollon" (Limassol, Kipr)

"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)

Liqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya)

"Reyncers" (Şotlandiya)

"Dynamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) cütünün qalibi

PSV (Niderland)

Səpələnməmişlər

"Monako"

"Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi

"Şturm" (Qrats, Avstriya)

"Yunion" (Belçika)

Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.

fanat.az

Müəllif: Orxan NOVRUZOV