AZƏRBAYCAN BİRİNCİLİYİ BAŞLAYIR

ESTAFET/ Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Bakı Boks Mərkəzində keçiriləcək yarış 6 gün davam edəcək.

 

Birincilikdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparacaq. Yarışa qatılacaq 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

 

Turnirin baş hakimi Anar Nağdiyev olacaq.

Yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.