"İdman hamı üçün" adlı lahiyənin açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 29 iyul 2022-ci il tarixdə Böyük Şor Parkının ərazisində paytaxt sakinləri arasında "İdman Festivalı" keçirilib.

"İdman Festvalında" musiqi sədaları altında taekvondo, karate, kapoeyra və s. idman növlərindən nümunəvi çıxışlar və atletika, kəndirdartma, tir atıcılığı, darts üzrə yarışlar təşkil olunub.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon icra hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Sabunçu rayon icra hakimiyyətininin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov idmançıların və paytaxt sakinlərinin çıxışlarını izləyiblər.

Müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

İdman festivali paytaxt sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Müəllif: Bəhruz MƏMMƏDOV