ŞAHMAT ÜZRƏ AÇ 2017: VIII TUR
ESTAFET/ Belarusun paytaxtı Minsk şəhərində mükafat fondu 100 min avro olan şahmat üzrə kişilər arasında fərdi Avropa Çempionatı davam edir. 38 ölkədən 397 şahmat ustası qitənin ən güclü şahmatçısını müəyyən etmək üçün mübarizə aparır. Yarışda İsveçrə sistemi ilə 11 tur oynanılacaq. Azərbaycanı çempionatda 9 şahmatçı təmsil edir.
 
Bu gün yarışda səkkizinci turun oyunları oynanılıb. Təmsilçilərimizin bu turdakı rəqiblərini və nəticələrini təqdim edirik.
 
Rauf Məmmədov - Arman Paşikyan (ARM, 2603) 0,5:0,5
Aleksandr Predke (RUS, 2566) - Eltac Səfərli 0,5:0,5
Sergey Pavlov (UKR, 2432) - Nicat Abbasov 0,5:0,5
Vüqar Əsədli - Robert Rak (HUN, 2557) 
0,5:0,5 
Anna Tsxadadze (RUS, 2085) - Orxan Abdulov 0:1
Rəvan Əliyev - Qudmundur Kyartansson (ISL, 2437) 0:1
Nərmin Xələfova - Vasiliy Korçmar (RUS, 2422) 0:1
Kənan Qarayev - Jolanta Zavadzka (POL, 2419) 1:0
Arkadiy Naydiç - Viktor Erdos (HUN, 2614) 0,5:0,5
 

Qeyd edək ki, çempionatın sonunda ilk 22-likdə qərarlaşan şahmatçılar bu il Batumidə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar.