AFFA rəhbərliyi V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək milli komandanın üzvləri ilə görüşüb

AFFA-nın vitse-prezidentləri Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev və texniki direktor Cahangir Həsənzadə Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüşüblər.

Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzində keçirilən görüşdə AFFA rəsmiləri çıxış edərək futbolçulara qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Milli komandanın baş məşqçisi Samir Əliyev AFFA rəhbərliyinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, milli komandamız V İslam Həmrəyliyi Oyunlarında avqustun 8-də Səudiyyə Ərəbistanı, 10-da İran, 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV