ŞAHMATÇILARDAN UĞURSUZ ÇIXIŞ
ESTAFET/ Belarusun paytaxtı Minsk şəhərində ahmat üzrə kişilər arasında fərdi Avropa Çempionatı bu gün keçirilən sou turun - 11-ci turun oyunları ilə başa çatıb. 38 ölkədən 397 şahmat ustası qitənin ən güclü şahmatçısını müəyyən etmək üçün mübarizə aparırdı.
 
Yekunda 8,5 xal toplayan 3 şahmatçı medalları öz aralarında bölüşdürüblər. Əlavə əmsallara görə qızıl medalı rus Maksim Matlakov, gümüşü gürcü Baadur Jobova və bürüncü isə digər rus Vladimir Fedoseyev qazanıblar.   
 
Qeyd edək ki, çempionatın sonunda ilk 22-likdə qərarlaşan şahmatçılar bu il Batumidə keçiriləcək Dünya Kubokuna vəsiqəyə sahib olublar. Təəssüf ki, çempionatda iştirak edən 9 şahmatçımız uğursuz çıxış fonunda heç biri buna nail ola bilməyib. 
 
Təmsilçilərimizin son turdakı rəqiblərini və nəticələrini təqdim edirik.
 
Rauf Məmmədov - Vitaliy Kunin (GER, 2551) 0:1 
Eltac Səfərli - Tamaz Gelaşvili (GEO, 2563) 0,5:0,5
Aleksandr Şimanov (RUS, 2642) - Nicat Abbasov 0,5:0,5
Dan Poleq (ISR, 2241) - Vüqar Əsədli 0
:1 
Sergey Qriqoryants (RUS, 2576) - Orxan Abdulov 0,5:0,5
Georq Frovis (AUT, 2432) - Rəvan Əliyev 1:0 
Vilka Sipila (FIN, 2415) - Nərmin Xələfova 0,5:0,5
İlya İlyuşenok (RUS, 2489) - Kənan Qarayev 1:0
Mattias Bluebaum (GER, 2632) - Arkadiy Naydiç 1:0