"Arsenal" vahid liderdir
ESTAFET Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü turun qarşılaşmaları olub. Turun açılış matçında "Tottenhem" Harri Keyn'in vurduğu yeganə qol sayəsində "Vulverhempton"a minimal hesabla qalib gəlib. Mövsümə ıla start verən "Arsenal" növbəti üç xalını ələdə edib. "Topçular"ın bu dfə ki qurbanı "Bornmut"olub. Son çempion "Mançester Siti" səfərdə "Nyukasl"la məhsuldar heç-heçə edib 3:3. Ötən tur London derbisində qələbəni son sanoyələrdə əldən verən "Çelsi" bu turu xalsız başa vurub. "Lids"in qonağı olan "Zədəganlar" 0:3 hesabı ilə ağır məğlubiyyətə uğrayıb. "Everton" - "Nottingem Forest" oyununda qalib müəyyənləşməyib 1:1. "Fulhem" son dəqiqələrdə əsas qol silahları olan Aleksandr Mitroviç'in qolu sayəsində "Brentford"a 3:2 hesabı ilə qalib gəlib. "Kristal Pelas" - "Aston Villa" görüşündə qalib gələn tərəf meydan sahibləri olub 3:1. "Brayton" səfərdə "Vest Hem"in qapısından iki cavabsız top keçirib. "Lester" evində "Sautgempton"u qəbul edib. 1:0 hesabı ilə önə keçməsinə rəğmən qapısında iki qol görən "Tülkülər" "Müqəddəslər"ə 1:2 hesabı ilə uduzub. Tura bu gün keçiriləcək "Mançester Yunayted" - "Liverpul" matçı ilə yekun vurulacaq.
Bornmut - Arsenal 0:3
Lids - Çelsi 3:0
Nyukasl - Mançester Siti 3:3
Tottenhem - Vulverhempton 1:0
Lester - Sautgempton 1:2
Kristal Pelas - Aston Villa 3:1
Vest Hem - Brayton 0:2
Everton - Nottingem Forest 1:1
Fulhem - Brentford 3:2.
Pərvin Bayramov