RAMİL QULİYEV USEYN BOLTU ARXADA QOYDU

ESTAFET/ Türk atlet Ramil Quliyev yeni böyük uğura imza atıb. Belə ki, Finlandiyanın Turku şəhərində atletika üzrə beynəlxalq turnirdə 100 metr məsafəni 10:02 saniyəyə qaçan Ramil, özünün ən yaxşı şəxsi dərəcəsini (bunadək 2016-cı ildə Hollandiyada qeydə alınmış 10.07 saniyə idi) qazanmaqla bərabər Olimpiya çempionu Useyn Boltun mövsümdəki nəticəsini arxada qoyub. Boltun bu il üçün ən yaxşı göstəricisi hələ ki, 10.03 saniyədir. 

 

Xatırladaq ki, Ramil Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək, Türkiyə adından çıxış etməyə başlayıb.