Bakıda peşəkar boks gecəsi keçirilib
ESTAFET/ MCM Fight Promotionun prezidenti Cavidan Məmmədovun verdiyi məlumata görə, 24 sentyabr tarixində Şağan Olimpiya Kompleksində Azərbaycan Peşəkar Boks Komissiyasının dəstəyi, MCM Fight Promotion və TGA Promotion and Managementin birgə təşkilatçılığı ilə Peşəkar Boks gecəsi keçirilib.
Bu gecədə 14 boksçu müxtəlif çəki dərəcələrində öz güclərini sınamışdırlar. Yarışda yerli boksçularla yanaşı əcnəbi boksçular da iştirak ediblər.
Gecənin əsas döyüşü azərbaycanlı İsyaev Seymur (8-0-0, 6 sı nokaut) ilə pakistanlı Muhammad Bilal (10-2-1, 8 nokaut ) arasında UBO-nun (Universal Boxing Organization) yüngül çəki üzrə Dünya kəməri uğrunda keçirilmişdir (UBO light weight World title).
Xatırladaq ki, UBO-nun dünya kəməri üçün ölkəmizdə ilk dəfə olaraq döyüş təşkil olunurdu.
Azərbaycanlı boksçu texniki nokautla TKO (RTD) qalıb gəlib. Rəqib 6-cı raunda çıxmaqdan imtina edib və İsyaev Seymur qalib olaraq UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı oldu.
Digər nəticələr isə aşağıdakılardır:
1. 79 kq: Cabbar İsmayılov - Yusif Həbilov. Yekdil qərar ilə Cabbar qələbə qazanıb.
2. 91 kq: Rövşən Məmmədov - Taryel Cəfərov (Taryel həmçinin TGA Promotionun rəhbəridir), Taryel 2 raundda Texniki nokautla qalib gəldi.
3. 79 kq: Rəhim Əliyev - Fərid Bəylərov. Rəhim 3-cü raundda Texniki nokautla qalib gəldi.
4. 79 kq: Anar Hümbətov - Eldar Babayev. Anar zədə alaraq döyüşü davam etdirə bilmədiyindən texniki nokautla Eldar qalib gəldi.
6. 91 kq: Coşqun Həsrətzadə - Sürət Qarayev. Sürət 3-cü raundda nokaut ilə qalib gəldi.
5. 57 kq: Nadir Əhmədov - Nihat Abdullayev. Yekdil qərar ilə Nihat qələbə qazandı
Cavidan Məmmədov onu da qeyd edib ki, yaxın vaxtlarda MCM Fight Promotion və TGA Promotion doğma Bakımızda daha da möhtəşəm boks gecələrini keçirməyi planlaşdırır və artıq bu istiqamətdə hazırlıq işləri aparılır.