Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"Nant" - "Qarabağ" oynunun biletləri satışa çıxarıldı -
"Nant" - "Qarabağ" oynunun biletləri satışa çıxarıldı

ESTAFET/ Fransanın “Nant” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” komandasına qarşı keçirəcəyi oyun üçün biletləri satışa çıxarıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Oyuna ən ucuz biletin qiyməti 36, ən bahalısının isə 75 avro təşkil edir.

Oktyabrın 27-də “Stad de la Bojuar” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Bakıdakı oynanılan matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Müəllif: Orxan NOVRUZOV