Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şose qaçışı üzrə 2-ci ölkə yarışı keçirilib
Bu gün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyanın və Astara rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə igidimiz Arif Qeybiyevin xatirəsinə həsr olunmuş 2-ci ölkə yarışı keçirilib. Astara şəhər bulvarında baş tutmuş şose qaçışı üzrə keçirilən yarışmada 16 rayondan 150-dən çox idmançı çıxış edib. 2-ci ölkə yarışlarında 2005-2006-cı il təvəllüdlü idmançılar 500 m (qızlar) və 1000 m (oğlanlar), 2007-2008-ci il təvəllüdlü idmançılar isə 300 m (qızlar) və 500 m (oğlanlar) məsafəyə qaçış üzrə yarışıblar.
Şose qaçışı üzrə keçirilən yarışdakı nəticələr:
300 m (qızlar)
1. Quliyeva İlahə - 43.97 - Bakı
2. İsfəndiyarova Ləman - 49.52 - Bakı
3. Nadirova Mehri - 49.8 - T-5
500 m (qızlar)
1. Mustafayeva Bahar - 1:22:97 - Bərdə
2. İsgəndərova Emiliya - 1:26:43 - T-5
3. Cəlilova Aksana - 1:29:46 - Bərdə
500 m (oğlanlar)
1. Novruzlu Nicat - 1:12:00 - Bakı
2. İbrahimov Ümid - 1:14:00 - Gəncə
3. Məmmədov Rüfət - 1:15:00 - Astara
1000 m (oğlanlar)
1. Məmmədli Rasim - 2:51:30 - Bərdə
2. Əsgərov İsgəndər - 2:55:30 - Gəncə
3. Əsədli Novruz - 2:58:20 - Xızı