Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir davam edir -
Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir davam edir

2 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirin ikinci oyun günü keçirildi. İki qarşılaşmanın baş tutduğu oyun gününün ilk görüşündə "NTD BK" basketbolçuları, "Olimpik Şəki BK" komandasına 91-76 hesabı ilə qalib gəldi. Növbəti oyun isə "Gəncə BK" və "AAAF Xırdalan BK" komandaları arasında keçirildi. Bu görüşdə Gəncə basketbolçuları rəqibi üzərində 76-68 hesablı qələbəyə sevindilər.

Müəllif: Məsim MƏSİMZADƏ