Azərbaycan Basketbol Liqasına start verildi

12 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış oyunu baş tutdu. Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov açılış qarşılaşmasını izləyənlər arasında idilər.

Açılış oyununda "Sərhədçi PİK" və "NTD BK" komandaları qarşılaşırdılar. Oyuna "NTD BK" basketbolçuları fəal başladılar. Onların bu üstünlüyü oyunun sonuna qədər davam etdi və yekunda 71-77 hesabı ilə rəqibini məğlubiyətə uğradan "NTD BK" komandası çempionata qələbə ilə başladı.

Qeyd edək ki, birinci turun digər görüşləri 15 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.

Müəllif: Məsim MƏSİMZADƏ