ŞƏHRİYAR ÜÇÜN YENİ YÜKSƏLİŞ ŞANSI

ESTAFET/ Sabahdan etibarən Parisdə (Fransa) şahmat üzrə “Grand Chess Tour” seriyasının ilk mərhələsi başlayır. Xəbər verdiyimiz kimi, qrossmeysterimiz Şəhriyar Məmmədyarov uğurlu çıxışalrı fonunda təşkilatçılar tərəfindən bu turnirə dəvət edilib. Paris mərhələsində 10 şahmatçı 1 dövrə rapid, 2 dövrə isə blitsdə yarışacaqlar.

 

Şəhriyarla birlikdə Parisdə dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) 150 min dollarlıq mükafat fondu üçün mübarizə aparacaqlar. Rapid turnirində qələbəyə görə 2 xal, heç-heçəyə görə 1 xal, blitsdə qələbəyə 1 xal, heç-heçəyə 0,5 xal verilir.

 

21-23 iyunda rapid (hər biri 25 dəqiqə + 10 saniyə), 24-25 iyunda isə blits (hər biri 5 dəqiqə + 3 saniyə) turnirləri keçiriləcək.