HAKİMLƏRİMİZ AVROPA LİQASINA TƏYİNAT ALDILAR

ESTAFET/ Ayın sonunda futbol üzrə Avropa klubları yeni mövsümə start verirlər. 29 iyun tarixində keçiriləcək Avropa Liqasının I Təsnifat mərhələsində oyunu idarə edəcək ədalət təmsilçiləri də artıq müəyyənləşir. Bu mərhələdə Azərbaycan təmsilçiləri də Avropa meydanlarında iş başında olacaqlar. Belə ki, Ömər Paşayev və Rəhim Həsənov öz koməkçiləri ilə birlikdə aşağıdakı oyunlara təyinat alıblar. 

 

29 iyun


“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev

“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov