Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
AFFA rəsmisi “Trabzonspor” - “Ferentsvaroş” matçına təyinat aldı -
AFFA rəsmisi “Trabzonspor” - “Ferentsvaroş” matçına təyinat aldı

ESTAFET/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

AFFA-nın rəsmi saytının məlumatına görə, o, Türkiyədə "Trabzonspor" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qarşılaşma noyabrın 3-də Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”ndə baş tutacaq.

Müəllif: Zaur HACIYEV