ŞƏHRİYAR İLK GÜNÜ 3 XALLA BAŞA VURDU - GRAND CHESS TOUR

ESTAFET/ Xəbər verdiyimiz kimi, məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasından olan nüfuzlu şahmat yarışının ilk mərhələsi olan Paris turnirində iştirak edir. 

 

Paris mərhələsində 10 şahmatçı 1 dövrə rapid, 2 dövrə isə blitsdə yarışacaqlar. Şəhriyardan başqa turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) 150 min dollarlıq mükafat fondu üçün mübarizə aparacaqlar.

 

Bu gün rapid mərhələsində 3 tur oynanılıb və aşağıdakı nəticələr qeydə alınıb.

 

I Tur 

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov 0,5:0,5

Etyen Bakro (Fransa) - Maksim Vaşyer Laqrav (Fransa) 0:1

Fabiana Karuana (ABŞ) - Uesli So (ABŞ) 0:1

Aleksandr Qrişuk (Rusiya) - Maqnus Karlsen (Norveç) 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Veselin Toplaov (Bolqarıstan) 0,5:0,5

 

II Tur

Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç) 0:1

Hikaru Nakamura (ABŞ) - Sergey Karyakin (Rusiya) 0,5:0,5  

Uesli So (ABŞ) - Etyen Bakro (Fransa) 1:0

Veselin Topalov (Bolqarıstan) - Fabiano Karuana (ABŞ) 1:0

Maksim Vaşyer-Laqrav (Fransa) - Aleksandr Qrişuk (Rusiya) 0,5:0,5

 

III Tur

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov 0:1

Etyen Bakro (Fransa) - Veselin Toplaov (Bolqarıstan) 0,5:0,5

Maqnus Karlsen (Norveç) - Maksim Vaşyer-Laqrav (Fransa) 1:0

Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) 0:1

Aleksandr Qrişuk (Ruisya) - Uesli So (ABŞ) 0,5:0,5