Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
- ÇL-də yeni rekordçu
ÇL-də yeni rekordçu

ESTAFET/ İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Riko Luis UEFA Çempionlar Liqasının tarixinə düşüb.

İngiltərəli oyunçu buna ÇL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində "Sevilya"ya (İspaniya) 3:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

52-ci dəqiqədə “şəhərlilər”in ilk qoluna imza atan sağ cinah müdafiəçisi qitənin bir nömrəli klub turnirində fərqlənən ən gənc futbolçuya çevrilib. Luis 17 yaş 346-cı günündə bunu bacarıb.

Əvvəlki rekord hazırda İspaniyanın “Real” klubunda çıxış edən Kərim Benzemaya məxsusdur. Təcrübəli forvard 2005-ci ildə Lion “Olimpik”ində (Fransa) çıxış edən vaxt 17 yaş 352-ci günündə Norveç "Rusenborq"u ilə qarşılaşmada qol vurub.

Müəllif: Orxan NOVRUZOV