Daha 12 cüdoçumuz mübarizəyə qoşulur - Baku Grand Slam 2022

ESTAFET/ Bu gün Azərbaycanın daha 12 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq.

73 kq çəki dərəcəsində Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev və Vüsal Qələndərzadə tatamiyə çıxacaq.

81 kq çəkidə Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev və Ömər Rəcəbli medal qazanmağa çalışacaq.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı ilə Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva və Günel Həsənli qüvvəsini sınayacaq. 

Təmsilçilərimizin hamısı mübarizəyə 1/16 finaldan qoşulacaq. Görüşlər saat 10:00-da başlayacaq.

"Böyük Dəbilqə"

Kişilər

73 kq

Rüstəm Orucov - Ertur Turdubayev (Qırğızıstan) / Keysei Nakano (Filippin) cütünün qalibi

Hidayət Heydərov - Marçin Kovalski (Polşa)

Telman Vəliyev - Daniyar Şamşayev (Qazaxıstan)

Vüsal Qələndərzadə - Abubakr Şerov (Tacikistan)

81 kq

Səid Mollayi - Alfonso Urquiza (İspaniya)

Elcan Hacıyev - Cakomo Qamba (İtaliya)

Zelim Tçkayev - Mustafa Hebib (Bosniya və Herseqovina)

Ömər Rəcəbli - Attila Unqvari (Macarıstan)

Qadınlar

63 kq

Aytac Qardaşxanlı - Samalay Yergaliyeva (Qazaxıstan)

Nərgiz Hacıyeva - Habibe Afyonlu (Türkiyə)

70 kq

Südabə Ağayeva - Martina Espozito (İtaliya)

Günel Həsənli - Luisa Bonilla (Kolumbiya)

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb. Turnir noyabrın 6-da başa çatacaq.

Müəllif: Natiq NƏSİROV