HÜSEYN DÜNYA 7-CİSİ OLDU

ESTAFET/ Xəbər verdiyimiz kimi Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilir. Yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) mübarizə aparır. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

 

Onlardan son olaraq Hüseyn İsmayılov 94 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.

 

O, birdən qaldırma hərəkətində 154 kq, təkanla qaldırma hərəkətində isə 180 kq-ı ram edib. Toplam 334 kq (154+180) nəticə ilə bu qrupda 1-ci yeri tutub.

 

A qrupundakı çıxışlar başa çatandan sonra Hüseyn İsmayılov yekun sıralamada 7-ci olub.