QIZLARDAN NÖVBƏTİ MƏĞLUBİYYƏT - VI TUR
ESTAFET/ Xantı-Mansıysk (Rusiya) şəhərində keçirilən şahmat üzrə komandalararası Dünya Çempionatı davam edir. Çempionatda Azərbaycandan yalnız qadın komandamız FIDE-nin nominantı qismində iştirak edir.
Bu gün çempionatda 6-cı turun oyunları keçirilib və şahmatçılarımız çempionatın favoritlərindən olan Ukrayna komandası ilə qarşılaşıblar. Görüş 2,5:1,5 hesabı ilə Ukraynanın xeyrinə başa çatıb.
Natalya Jukova (2449) - Zeynəb Məmmədyarova (2289) 1:0
Günay Məmmədzadə (2368) - İnna Qaponenko (2428) 0:1
Yuliya Osmak (2350) - Ülviyyə Fətəliyeva (2341) 0,5:0,5
Xanım Balacayeva (2289) - Natalya Buksa (2344) 1:0
Kişilərin mübarizəsində bu tur aşağıdakı görüşlər keçirilib.
Belarus - Norveç 3,5:0,5
Polşa - Rusiya 1:3
Çin - Ukrayna 2,5:1,5
Hindistan - Türkiyə 2:2
Misir - ABŞ 1:3