ŞƏHRİYAR RAPİD TURNİRİNİ 11 XALLA BİTİRDİ
ESTAFET/ Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasından olan nüfuzlu şahmat yarışının ilk mərhələsi olan Paris turnirində iştirak edir. 
 
Paris mərhələsində 10 şahmatçı 1 dövrə rapid, 2 dövrə isə blitsdə yarışacaqlar. Şəhriyardan başqa turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşye-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) 150 min dollarlıq mükafat fondu üçün mübarizə aparacaqlar.
 
Bu gün keçirilən 3 turun oyunlarıyla rapid yarışlarına yekun vurulub. Son gündə Şəhriyar o qədər də uğurlu çıxış edə bilməyib - 1 qələbə, 1 bərabərlik və 1 məğlubiyyət.
 
Görüşləri və nəticələrini təqdim edirik.
 
VII Tur 
Etyen Bakro (Fransa) - Şəhriyar Məmmədyarov  0,5:0,5
Maksim Vaşyer Laqrav (Fransa) - Hikaru Nakamura (ABŞ) -  1:0
Maqnus Karlsen (Norveç)  - Sergey Karyakin (Rusiya) 0,5:0,5
Uesli So (ABŞ) Veselin Toplaov (Bolqarıstan0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Fabiana Karuana (ABŞ) 1:0
 
VIII Tur
Şəhriyar Məmmədyarov - Veselin Topalov (Bolqarıstan) 1:0 
Sergey Karyakin (Rusiya) - Maksim Vaşyer-Laqrav (Fransa) 0:1  
Hikaru Nakamura (ABŞ) - Uesli So (ABŞ) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Maqnus Karlsen (Norveç) 0,5:0,5
Etyen Bakro (Fransa) - Aleksandr Qrişuk (Rusiya) 0:1
 
IX Tur
Aleksandr Qrişuk (Ruisya) - Şəhriyar Məmmədyarov 1:0
Veselin Toplaov (Bolqarıstan) - Hikaru Nakamura (ABŞ) 0:1 
Maqnus Karlsen (Norveç) - Etyen Bakro (Fransa) 1:0
Maksim Vaşyer-Laqrav (Fransa) - Fabiano Karuana (ABŞ) 0,5:0,5 

Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0:1