Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Sumqayıt”ın stadionunda ot örtüyü dəyişdirilir -
“Sumqayıt”ın stadionunda ot örtüyü dəyişdirilir

ESTAFET/ “Sumqayıt"ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da köməkçi meydançanın süni ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, istismar müddətini başa vurmuş örtük yenisi ilə əvəz olunacaq. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.

Müəllif: Orxan NOVRUZOV