İran hökuməti milli üzvünü həbs etdi
ESTAFET/ İran dövləti futbol üzrə milli komandasının üzvü Vori Qafurini həbs edib.
Bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.
35 yaşlı futbolçu hökuməti tənqid etdiyinə, ölkədə aylardır sürən etirazlara dəstək verdiyinə görə saxlanılıb. İranın “Fulad” klubunun üzvü olan Qafuri Qətərdə keçirilən dünya çempionatı öncəsi milli komandanın düşərgəsindən qovulub, bu günlərdə isə həbs edilib.
Qafuri "milli komandanın reputasiyasını ləkələmək", "dövlət əleyhinə təbliğat aparmaq" və "iğtişaşları dəstəkləmək"də günahlandırılır. İranın kürd azlığını təmsil edən futbolçu bundan əvvəl islam rejimini kəskin tənqid etmiş, azı 400 nəfərin ölümünə görə etirazları zorakılıqla yatıran hökuməti günahlandırmışdı.
Qafuri 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında İran millisinin üzvü olub, lakin noyabrın 20-də Qətərdə başlayan mundialın yekun siyahısına daxil edilməyib. (Fanat.az)