MİLLİMİZ 5-Cİ OYUNU DA MƏĞLUB OLDU
ESTAFET/ Bu gün kişi voleybolçular arasında Avropa Liqasında V turun oyunları keçirilib. Albaniyada baş tutan matçlarda yığmamız da növbəti qarşılaşmasına çıxıb.
İlk 4 oyunun hamısında məğlub olan Fərid Cəlalovun yetirmələri növbəti tura çıxmaq şanslarını itirib. Bundan sonrakı matçlarda prestij üçün oynayacaq komandamızın budəfəki rəqibi Makedoniya olub.
Bütün görüşlərini qələbə ilə başa vuran və qrupda vahid lider olan balkanlılar millimizi də xalsız qoyub.
Qrupun digər oyununda isə Albaniya İsveçə uduzub.
Avropa Liqası
V tur
24 iyun
Makedoniya - Azərbaycan 3:0 (25:20, 25:19, 25:21)
Hakimlər: Yevgeni Makşanov (Rusiya), Tibor Halaş (Macarıstan)
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev
İsveç – Albaniya 3:1 (25:22, 25:12, 23:25, 25:23)
Hakimlər: Mixail Koutsoulas (Yunanıstan), Mamdou Bakloutini (Fransa)
Mənbə: APASport