Ağdaş və Abşeron bədii gimnastları MGA-da təlim-məşqlərə qatılıblar

ESTAFET/ Dekabrın 12-də Abşeron və Ağdaş Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün paytaxtımıza səfər edib. Dekabrın 17-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 11 idmançı iştirak edir.  Məşqlərin təşkili bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində  2021-ci ildən, Ağdaş bölməsində isə 2015-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, bölgələlərdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.

Müəllif: Bəhruz MƏMMƏDOV