ŞAHMATÇILAR ABŞ-LA BƏRABƏRƏ QALDILAR VIII TUR
ESTAFET/ Xantı-Mansıysk (Rusiya) şəhərində keçirilən şahmat üzrə komandalararası Dünya Çempionatı davam edir. Çempionatda Azərbaycandan yalnız qadın komandamız FIDE-nin nominantı qismində iştirak edir.
Bu gün çempionatda 8-ci turun oyunları keçirilib və qızlarımız ABŞ şahmatçıları ilə qarşılaşıblar. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Sabina Françeska Foyşor (2331) - Zeynəb Məmmədyarova (2289) 1:0
Günay Məmmədzadə (2368) - Katerjina Nemçova (2313) 0,5:0,5
Cennifer Yui (2319) - Gülnar Məmmədova (2362) 0,5:0,5
Ülviyyə Fətəliyeva (2341) - Akşita Qorti (2240) 1:0
Kişilərin mübarizəsində bu tur aşağıdakı görüşlər keçirilib.
Belarus - Polşa 1:3
Çin - Norveç 3,5:0,5
Hindistan - Rusiya 1,5:2,5
Ukrayna - ABŞ 1,5:2,5
Misir - Türkiyə 1:3