ŞAHMATÇILAR ÇIXIŞLARINI UĞURSUZ SONLUQLA BİTİRDİLƏR
ESTAFET/ Xantı-Mansıysk (Rusiya) şəhərində keçirilən şahmat üzrə komandalararası Dünya Çempionatı başa çatıb. Xəbər verdiyimiz kimi, çempionatda Azərbaycandan yalnız qadın komandamız FIDE-nin nominantı qismində iştirak edirdi.
Bu gün çempionatda sonuncu, 9-cu turun oyunları keçirilib və şahmatçılarımız Hindistan komandası ilə qarşılaşıblar. Görüş Hindistan şahmatçılarının xeyrinə 3:1 hesabı ilə yekunlaşıb.
Günay Məmmədzadə (2368) - Tanya Saçdev (2408) 1:0
Eşa Karavade (2388) - Gülnar Məmmədova (2362) 1:0
Ülviyyə Fətəliyeva (2341) - Rout Padmini (2375) 0:1
Subbaraman Vicayalaxşmi (2375) - Xanım Balacayeva (2289) 1:0
Turnir cədvəli: 1. Rusiya - 16 xal, 2. Çin - 13 xal, 3-5*. Gürcüstan, Hindistan, Ukrayna - 12 xal, 6. Polşa - 9 xal, 7. ABŞ - 6 xal, 8-9. Azərbaycan, Vyetnam - 5 xal, 10. Misir - 0 xal
*Əlavə əmsallara görə bürünc medallar gürcülərə qismət olub.
Kişilərin mübarizəsində son tur aşağıdakı görüşlər keçirilib.
Rusiya - ABŞ 4:0
Polşa - Çin 1,5:2,5
Türkiyə - Belarus 1,5:2,5
Norveç - Hindistan 1:3
Misir - Ukrayna 1,5:2,5
Turnir cədvəli: 1. Çin - 16 xal, 2. Rusiya - 15 xal, 3. Polşa - 12 xal, 4. Hindistan - 11 xal, 5. Türkiyə - 10 xal, 6-8. ABŞ, Belarus, Ukrayna - 8 xal, 9. Norveç - 2 xal, 10. Misir - 0 xal