Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
AzTU-nun basketbol komandasından növbəti qələbə -
AzTU-nun basketbol komandasından növbəti qələbə

Basketbol üzrə Tələbə Liqası oyunlarında Azərbaycan Texniki Universitetinin (AzTU) budəfəki rəqibi Xəzər Universitetinin komandası olub.

Oyun 92:46 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları AzTU-nun İdman sarayında keçirilir.

Liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Müəllif: Məsim MƏSİMZADƏ