ŞƏHRİYAR PARİSDƏ 5-Cİ OLDU: FOTO
ESTAFET/ Xəbər verdiyimiz kimi, məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasından olan nüfuzlu şahmat yarışının ilk mərhələsi olan Paris turnirində iştirak edirdi.
Paris mərhələsində 10 şahmatçı 1 dövrə rapid, 2 dövrə isə blitsdə yarışıblar. Şəhriyardan başqa turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Uesli So, Hikaru Nakamura, Fabiano Karuana (ABŞ), Aleksandr Qrişşuk, Sergey Karyakin (Rusiya), Maksim Vaşyer-Laqrav, Etyen Bakro (Fransa) və Veselin Topalov (Bolqarıstan) 150 min dollarlıq mükafat fondu üçün mübarizə aparıb.
Bu gün keçirilən ildırımsürətli şahmat (blits) üzrə 9 turdan sonra seriyanın bu mərhələsinə yekun vurulub. Sonda eyni xal toplayan fransız Makim Vaşyer-Laqravla norveçli Dünya çempionu Maqnus Karlsen ən güclünü tay-brekdə müəyyən ediblər. Karlsen bir daha ən güclü olduğunu sübut edib və mərhələnin qalibi olub - 1,5:0,5.