"Barselona" müdafiəsini Ndika ilə gücləndirəcək

ESTAFET/ "Barselona" Frankfurt "Ayntraxt"ının müdafiəçisi Evan Ndikanı heyətinə cəlb etməyə hazırlaşır. Bu haqda məlumatı "Sport1" yayıb.
23 yaşlı fransız yayda azad agentə çevriləcək ki, bu, maddi sıxıntılar yaşayan kataloniyalıları cəlb edir.
Həmçinin "Barselona" Ndikanın ötən ilin yazından bəyənib. Bu da təsadüfi deyil: "Ayntraxt" Avropa Liqasının 1/4 finalında kataloniyalıları üstələməyi bacarıb.
Evan Ndika 2018-ci ilin yayından Frankfurt klubunda çıxış edir. Təkcə Bundesliqada 119 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. (Fanat.az)
