“Səbail” hazırlığa sülhlə başladı

ESTAFET/ Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” komandası hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

“Cornelia Diamomd” kompleksinin meydançasında baş tutan görüşdə rəqib Varşavanın “Legiya” komandası olub. Yekunda “Səbail” Polşa klubu ilə oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

Bakı təmsilçisinin heyətində Qustavo de Fransa (8) və Mirabdulla Abbasov (87) fərqlənib.

Bu oyun dekabrın sonunda "Səbail"ə baş məşqçi təyin olunan Şahin Diniyev üçün də əlamətdar olub. O, yeni komandasında qeyri-rəsmi də olsa, debüt edib.

Müəllif: Bəhruz MƏMMƏDOV